İdman

“Mançester Siti” “Real”ı məhv edəcək”

İngiltərə millisinin sabiq üzvü Ueyn Runi Çempionlar Liqasının yarımfinalında “Real”la “Mançester Siti”nin qarşıdurması ilə bağlı fikirlərini bölüşüb.

Qol.az “The Times” nəşrinə istinadən xəbər verir ki, o deyib: “Mançester Siti” təkcə “Real”ı məğlub etməyəcək, həm də onları məhv edəcək”.

Runi proqnozunu “Mançester Siti”nin son bir ildəki inkişafında, eləcə də Erlinq Haalandın qol vurma keyfiyyətlərinə əsaslandırrır. Eyni zamanda, Ueyn “Real”ın Çempionlar Liqasındakı uğurlarını nəzərə alaraq, proqnozunda səhv edə biləcəyini yazıb.

Xatırladaq ki, ötən mövsüm “Real” yarımfinalda “Mançester Siti”ni mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, mayın 9-u keçiriləcək “Real” – “Mançester Siti” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button