DünyaİqtisadiyyatManşet

Rusiyanın SWIFT-dən çıxarılmasının təsirləri (TƏHLİL)

Ukrayna Rusiyaya heç bir siyasi bəhanə verməsinə baxmayaraq Rusiya uzunmüddətli planlaşdırdığı Kiyevə daxil oldu. Militarist siyasəti ilə seçilən Rusiya sonda nüvə silahına çox arxayın görünürdü. Rusiya sadəcə kopud gücünə arxayın olaraq hərbi ekspansiya siyasəti yürütmür. Mülki obyektləri yerlə-yeksan edir. Ukraynanın paytaxtında vətəndaşlara qarşı silahlardan atəşlər açır. Başqa sözlə müharibə qaydalarından uzaq hər cür hərbi davranışlar nümayiş etdirir. Sadəcə hərbi gücü var deyə, regionda digər dövlətlərin gözlərin qıracaq hər cür davranışa yol verir. Beş günlük (24.02.2022) müharibədən sonra bütün dünya antirusiya cəbhəsində birləşdi. ABŞ-ın, Aİ-nın Rusiyaya qarşı iqtisadi sanksiyaları çoxvektorlu olmaqla daha da genişləndi. Və nəhayət ABŞ və müttəfiqləri haqlı olaraq Rusiyanı SWIFT-dən çıxardılar. (Mənbə: https://www.whitehouse.gov/…/joint-statement-on…/) Yeri düşmüşkən, SWIFT iqtisadi sanksiyaların ən təsirli alətlərindən hesab olunur.

SWIFT-in təsir gücü nədədir?

SWIFT-in bir qurum olaraq insititsional anlamını izah etməyə yəqin ki, ehtiyac var. Sadə dildə izah etsək, pulun bir nöqtədən digərinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturunun adıdır. Başqa sözlə, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) abreviaturasıdır. SWIFT-dən çıxarılma həm ölkədaxili, həm də ölkəxarici bank əməliyyatlarının pozulması anlamına gəlir.

SWIFT dünyada 200-dən artıq dövlətin 11 mindən çox bank və çeşidli maliyyə sferasındakı oyunçuların birləşdiyi bir ittifaqdır. Həmin 11 min işgüzar aktorlar biri-biriləri ilə bank əməliyyatını, xəbərləşməni, sifarişlərini bu sistem üzərindən həyata keçirirlər. Maliyyə qurum və qururluşları gün ərzində bu sistem üzərindən 40 milyon mesajlaşma ilə biri-birinə 8-11 rəqəmdən ibarət kodlarla “danışırlar”. Onların xəbərləşmə dilləri məhz həmin kodlardır. Əgər siz biznes tərəfdaşlarınızla bir məhsulu və xidməti alıb-satdığınız zaman SWIFT sizdən kod tələb edir. SWIFT-də siz olmadığınız təqdirdə o zaman da həmin kodu qarşı tərəfə ötürə bilmirsiniz və əməliyyat baş tutmur. Bu sistemdən uzaqlaşdırılan zaman siz müxbir hesabdan istifadə edə və əməliyyat apara bilmirsiniz. Bu zaman sizə bir dövlət olaraq beynəlxalq səviyyədə zəmanətlər verilməsi mümkünsüz hala gəlir.

SWIFT-in ofisi Belçikadə yerləşir. Lakin bu şirkətin başqa 2 mühüm ofisləri ABŞ-da və İsveçrədədir. Rusiya bu sistemdə ən çox əməliyyat aparan dünya üzrə 3 dövlətdən biridir. Bu sistem üzərində isə bank əməliyyatları həcminə görə isə 12 dövlətdən biridir. Göründüyü kimi Rusiyanın bu bank sistemindən daha çox sürətlə və böyük həcmli bank əməliyyatları həyata keçirir. SWIFT-in həmin ölkə üçün söndürülməsi buna paralel olaraq qiymətli kağızların dəyərdən düşməsi, bank zəmanətlərinin zərbə altına düşməsi, hətta “soyuq pulların” ölkədən çıxması kimi çoxistiqamətli domino effekti yaradan izolyasiya siyasətidir.

Rusiya üçün SWİFT-dən kənarlaşma nə deməkdir?

Amma bir problematik məsələ isə bundan ibarətdir ki, SWIFT-dən Rusiyanın çıxarılması təkcə onu yox, Rusiyadan məsələn, neft-qaz alan tərəfdaş dövləri də “vuracaq”. Onları da təsirləndirəcək. Ona görə Rusiyanı SWIFT-dən çıxaran dövlətlər qeyd edirlər ki, bu Rusiyadan enerji daşıyıcıları alan banklara tətbiq edilməsin. Hələlik əsas “nəfəslik” bununla bağlıdır. Bu istisna halı isə açığı bu qərarın təsir gücü də ciddi dərəcədə əhəmiyyətsizşmiş olur. Çünki məhz bu banklar vasitəsilə Rusiyaya ödəmələr həyata keçirilir və enerji sektorundan idxal hesabına Rusiyaya daxil olan 10 milyardlarla vəsait maliyyə əməliyyatlarının həcmi əsas dominantlıq təşkil edir.

Rusiya banklarının ticarət tərəfdaşları ilə il ərzində apardığı əməliyyatların həcmi 100 milyradlarla dollar səviyyəsində ölçülür. SWİFT sistemindən istifadə hesabına Rusiyalı bir investor bank əməliyyatı üçün bu qurumun mesaj qutusuna sifarişin yazır və cavab alır.

SWİFT-dən kənarlaşma təkcə iqtisadi izolyasiya müxanizmi deyil, həm də legitimlik faktorudur. Demək həmin dövlət dünya üçün ciddi təhülkə mənbəyinə çevrilib ki, heç bir dövlət onunla sivil bank əməliyyatlarına daxil olmaq istəmir. Dövlətin təhlükəlilik dərəcəsi haqqında aydın bir təsəvvür yaradır.

SWİFT-dən çıxarılma nümunələri

Dünyada biri-biri ilə siyasi, hərbi, iqtisadi maraqları nəinki uyğun gəlməyən, hətta konfrantasiya səviyyəsində dərin konfliktlər içərisində olan dövlətlər və birliklər mövcuddur. Onlar bu mənfi münasibətlərə görə SWİFT kimi təsir alətinə əl atmırlar. Hətta Şimalı Koreyaya qarşı belə dünya birlikləri bu addımı atmayıb. Yalnız İrana, Venesuelaya qarşı analoji addım atılıb. İranı 2014-cü ildə SWİFT-dən çıxardılar. Lakin 2 sonra yenidən bərpa edib, 2018-ci ildən isə yenə də kənarlaşdırdılar. Məhz SWİFT-dən çıxarılandan sonra İran İslam Respublikasının ticarət həcmi 13 qədər azaldı. Bu olduqca ciddi bir rəqəm idi.

Gözləntilər və proqnozlar

Bildiyimiz kimi Rusiya emal məhsullarının ən mühüm idxalçılarından biridir. Dünya Bankının məlumatlarına görə Hollandiya və Almaniya Rusiyanın ilk beşlikdə olan ticarət tərəfdaşları olduğuna görə SWIFT-dən çıxarılması həmin dövlətlər üçün də müəyyən problemlər yaradacaq.

Rusiyanın SWIFT-dən çıxarılması təbii ki, dünyanın sonu olmayacaq. Dünyada analoji fəaliyyəti həyata keçirən korporativ birliklər var. İranın, Çinin istifadə etdiyi belə əməliyyatlar sistemləri var. Ciddi bank əməliyyatlarının sıfır həddə düşməsi deyil, amma sadəcə ciddi nəfəsliklərin bağlanması deməkdir.

Rus bankları bu sistemdə olmayacağı təqdirdə Rusiyaya mal göndərməyi xarici tərəfdaşlar daha riskli sayacaqlar və həmin mallar avtomatik olaraq bahalaşacaq. Deməli bu addımdan sonra Rusiyada mal və xidmətlərin qiymətləri kəskin sürətdə artacaq.

Monetar sferada rubl üzərində təzyiq imkanları artacaq. Bank əməliyyatının həcminin azalması fonunda qeyri-leqal iqtisadiyyatın həcmi genişlənəcək. İnflyasiya hətta 3 rəqəmli ola bilər. Devalvasiya ehtimalları yüksələcək. Sosial şərtlər ağırlaşacaq.

SWIFT-in təsir gücünü real olduğundan daha böyük təqdim etməyin əleyhinəyəm. Amma onun təsirləri də lokal xarakter daşımır. Siz sanki iqtisadiyyatınızı, o cümlədən onun “qan-damar sistemini” qlobal bank sistemindən təcrid edirsiniz. Demək SWIFT-dən çıxarılma təkcə bir dövlətin bank sisteminin çökməsinə aparan yol deyil, həm də iqtisadi sahədə tənəzzül elementlərinin güclənməsinə təkan verən faktordur. Birjalarda uzun müddət çaxnaşmalar və sərt qiymət dalğalanmaları olacaq. Bu proses iqtisadi müstəvini sabit relslər üzərinə oturdana qədər davam edəcək.

Məmməd Talıblı

Turan.az

Bənzər yazılar

Back to top button