
“30 illik işğal dövründə ermənilər xalqımıza qarşı mədəni soyqırımı törədib”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin Prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.
Ölkə başçısı həmin ərazilərdə ermənilərin İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb.