Mədəniyyət

“Xalq” və “Əməkdar” adı alanların təqaüdü nə qədər artıb? – Məbləğ

Bu ilin aprel ayının əvvəlinə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 4 min 621 nəfər “Əməkdar” fəxri adına, 262 nəfər isə “Xalq” fəxri adına görə təqaüd alır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir il ərzində “Əməkdar” fəxri adı alanların sayı 33 nəfər artıb, “Xalq” fəxri adı alanların sayı isə 3 nəfər artıb.

Belə ki, ötən ilin aprel ayının əvvəlində Azərbaycanda 4 min 588 nəfər “Əməkdar” fəxri adına, 265 nəfər isə “Xalq” fəxri adına görə təqaüd alıb.

Bunlardan başqa, “Xalq” fəxri adına görə verilən təqaüdün orta məbləği 200 manat, “Əməkdar” fəxri adına görə verilən təqaüdün orta məbləği isə 150 manat olub.

Son bir ildə “Xalq” fəxri adına görə verilən təqaüdün orta məbləği 20 manat, “Əməkdar” fəxri adına görə verilən təqaüdün orta məbləği isə 30 manat artıb.

Bənzər yazılar

Back to top button