Dünya

ABŞ Rusiyanı dünya ərzaq ehtiyatlarını girov saxlamamağa çağırır

Çərşənbə axşamı Dövlət Departamenti Rusiyanı, mətbuat katibi Metyu Millerin ifadəsi ilə, “dünya ərzaq ehtiyatlarını girov saxlamağa son qoymağa” çağırıb.

Bu addım Ukraynanın Moskvanı faktiki olaraq Yujnıy limanını Qara Dəniz ilə taxıl ixracı sövdələşməsindən çıxarmaqda ittiham edib.

“Rusiya “taxıl sövdələşməsinin” normal işinə mane olmağa davam edir”, deyə Miller gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

“Tərəflər Ukraynanın ərzaq məhsullarının üç limandan maneəsiz ixracını həll etmək barədə razılığa gəliblər. İndi isə Rusiya Qara Dəniz taxıl təşəbbüsü üzrə öhdəliklərini pozaraq, bu üç limandan birindən gəmiləri buraxmaqdan imtina edir”, deyə Miller bildirib.

Ötən yay İstanbulda BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış və ötən həftə iki ay müddətinə uzadılmış Qara Dəniz sövdələşməsi Ukraynanın üç limanından – Odessa, Çernomorska və Yujnıy limanlarından ərzaq və gübrələrin ixracına aiddir.

Millerin sözlərinə görə, Rusiyanın hərəkətləri və sövdələşmədən çıxmaq təhdidləri dünyada ərzaq qiymətlərinin artması və bütün dünyada həssas əhali qrupları üçün ərzaq məhsulları çatışmazlığı təhlükəsi yaradır.(Turan)

Bənzər yazılar

Back to top button