Hadisə

“Tərtər işi” üzrə daha bir şəxs bəraət alıb

“Tərtər işi” üzrə dövlətə xəyanət maddəsi ilə 2018-ci ilin yanvarında həbs edilmiş hərbi qulluqçusu Şükürov Sədayıl azadlığa buraxılıb.

Bu barədə Turana vəkil Rəsul Cəfərov məlumat verib.

Onun sözlərinə görə, qanunsuz və əsassız 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu bu gün, mayın 31-də Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət allb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

* 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsinə başlanıb, bu proses “Tərtər işi” adını alıb. Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatda həbsləri şübhəlilərin Ermənistanın xeyrinə casusluqda iştirakı ilə əsaslandırmışdı.

2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə verilən kütləvi işgəncələrdən ictimaiyyət 2019-cu ildə xəbər tutub. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az doqquz nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.

Qurbanların ailə üzvlərinin çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət təhqiqatı bərpa etmək məcburiyyətində qalıb.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə həbs edilən 19 nəfər azadlığa çıxıb. Onlardan 10-na bəraət verilib, digər işlərə bəraət hökmü çıxarılmadan xitam verilib. Daha 5 nəfər mayın 8-də əfv olunub.

Bu cinayətlərə görə bir general daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib. Amma Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun yüksək rəhbərliyi məsuliyyətə cəlb olunmayıb.

Bənzər yazılar

Back to top button