Siyasət

ABŞ viza rüsumlarını artırır

17 iyun 2023-cü ildən ABŞ-a ziyarətçi vizası daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“30 may 2023-cü il tarixindən başlayaraq ABŞ-a ziyarətçi vizaları və digər qeyri-petisiya əsaslı NIV-lər üçün müraciət rüsumu 160 dollardan 185 dollara qədər artacaq. Müraciət əsasında (H, L, O, P, Q və R) viza rüsumları 190 dollardan 205 dollara qədər artacaq. Elektron viza üçün müraciət rüsumları 205 dollardan 315 dollara yüksələcək. Biz beynəlxalq səyahətin ABŞ iqtisadiyyatında oynadığı mühüm rolu tanıyırıq. Viza haqları xidmətin dəyərinin illik öyrənilməsinin nəticələrinə əsasən hesablanır”, deyə ABŞ Dövlət Konsulluq İşləri Departamentinin Facebook səhifəsindəki məlumatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button