Dünya

Yaponiyada leysan fəlakəti: 58 ölü, 10-larla itkin var.

Yaponiyada şiddətli yağışlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, Kyodo agentliyi qurbanlarının çoxunun Xiroşima və ətrafında qeydə alındığını bildirib. Bəzi şəhərlər tamamilə su altında qalıb. Onlarla insanın itkin düşdüyü bildirilir. Ölkənin qərbində 3 milyon nəfərin təxliyəsi barədə əmr verilə bilər. Xilasetmə tədbirləri davam etdirilir.

Şiddətli yay yağışlarının növbəti günlərdə də davam edəcəyi təxmin edilir. Təbii fəlakət nəticəsində ölkədəki iri müəssisələr fəaliyyətini dayandırıb.

Bənzər yazılar

Back to top button