Siyasət

Tatarıstanın rəisi Bakıya “Sabantuy”a gələcək

İyunun 18-də Bakıda Dənizkənarı parkın ərazisində ənənəvi tatar milli bayramı “Sabantuy” keçiriləcək, konsert olacaq.

Tədbirin açılış mərasimində Tatarıstan prezidenti Rüstəm Miyinixanov çıxış edəcək.

Bayram çərçivəsində Dənizkənarı parkda bir neçə tematik meydança təşkil olunacaq, Turan-a Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Xüsusilə, “Baursak evi”nin həyətində çay otağı kimi düzəldlmiş fotozona təqdim ediləcək.

Orada tatar şirniyyatları, çay, keramika məhsulları almaq və baursak adlı desertin dadına baxmaq mümkün olacaq.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş “mənəviyyat, mədəniyyət, maarifçilik” sərgi ekspozisiyası ilə tanış olacaq, həmçinin tematik ustad dərslərində iştirak edə biləcəklər.

“Ailə ocağı” həyətində “gəlinin kürəkənin evində qarşılanması” mərasimilə tanış olmaq mümkün olacaq.

Mədəniyyət hadisələri proqramında xalq sənətkarlığı yarmarksı və müxtəlif müsabiqələr nəzərdə tutulub.

Həmçinin Sabantuy iştirakçıları idman və əyləncə oyunlarında iştirak edə biləcəklər.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan artistlərinin iştirakı ilə konsert keçiriləcək. Tədbirə giriş pulsuzdur.

“Sabantuy 2023” tədbirləri bu il Azərbaycanın mərhum keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur. Tədbir bazar günü saat 10.00-dan 16.00-dək keçiriləcək.(Turan)

Bənzər yazılar

Back to top button