Cəmiyyət

Qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir

Sabah, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 26-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button