Hadisə

Nazir mərhum generalın oğluna yüksək vəzifə verdi

Fövqəladə hallar nazirinin mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlu Kamal Məmmədova yüksək vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Məmmədov Kamal Nazim oğlu Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, bu vəzifəyə kimi Kamal Məmmədov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı olub.

Xatırladaq ki, Nazim Məmmədov 2022-ci ilin 26 avqustunda 70 yaşında vəfat edib.

Bənzər yazılar

Back to top button