GündəmManşetSiyasət

Əliyev və Qalant hərbi-texniki sahədə Azərbaycan-İsrail əməkdaşlığını müzakirə ediblər

İyulun 13-də Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.

Dövlət başçısının saytında yer alan məlumata görə, söhbət zamanı Əliyev ilə Qalant arasında bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş xatırlanıb.

İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafında rolu qeyd olunub.

Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Bənzər yazılar

Back to top button