Siyasət

Qarabağın ermənilər yaşayan hissəsindən 30 nəfər Laçın Sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana gedib

Bu gün, avqustun 12-də erməni əsilli Qarabağ sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən Xankəndi-Göris istiqamətində növbəti keçidi baş verib.

Azərbaycan teleqram kanallarının məlumatına görə, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin 9 avtomobilinin Laçın sərhəd-keçid məntəqəsindən keçidi təmin edilib ki, həmin avtomobillərlə 3 BQXK əməkdaşı, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi və 1 tibb işçisi daxil 30 nəfər Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana gedib.(Turan)

Bənzər yazılar

Back to top button