Dünya

ÜST: Dünyada COVID-19-a yoluxma halları 63 faiz artıb

İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan isə dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. Məlumata görə, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Təşkilat bu ilin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un əsas təhlükə olaraq qaldığını qeyd edib. Bununla əlaqədar olaraq təşkilat ölkələri erkən xəbərdarlıq, müşahidə və hesabat verməyə, koronavirus variantlarını izləməyə, erkən kliniki yardım göstərməyə, yüksək riskli qruplarda gücləndirici peyvəndi təmin etməyə çağırıb. ÜST diqqəti koronavirusun omikron ştammının EG.5 variantının yayılmasının artmasına yönəldib. Son məlumata görə, bu virus 50 ölkədə tapılıb.

Bənzər yazılar

Back to top button