Gündəm

Dövlət Komissiyası işğaldan azad edilmiş ərazilərdə tapılan 15 nəfərin qalıqlarını identifikasiya edib

İstintaq və ekspertiza zamanı erməni işğalından azad edilmiş ərazilərdə kütləvi məzarlıqlarda qalıqları aşkar edilmiş 15 nəfərin şəxsiyyəti müəyyən edilib.

Bunu cümə günü keçirdiyi brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O, əksəriyyəti müxtəlif illərdə erməni əsirliyinə düşmüş Azərbaycan hərbçiləri olan bu şəxslərin adlarının siyahısını təqdim edib:

İbrahimov Vəliəddin; Abdullayev Nurəli; Qurbanov Nofəl; Rüstəmov Araz; Abbasov Məhərrəm; Niftəliyev Adil; Qarayev Qafar; Hüseynov Əli; Hüseynov Gülverdi; Mikayılov Baba; İsayeva Sənam; Əzizov Yusif; Musayev Mehman; Allahverdiyev Şəmsəddin; Məmmədov Əsəd.

Xatırladaq ki, kütləvi məzarlıqlar bir neçə yerdə aşkar edilib.

Sonuncu məzarlıq 1992-ci ilin mayından 2020-ci ilin noyabrınadək ermənilərin nəzarətində olan Şuşa həbsxanasının ərazisində tapılıb.

Bütün bu illər ərzində Şuşa həbsxanasında yüzlərlə azərbaycanlı məhbus saxlanılıb.

Erməni işğalından azad edilmiş digər yerlərdə kütləvi məzarlıqlarda tapılan digər şəxslərin qalıqlarının identifikasiya edilməsi istiqamətində işlər davam etdirilir.

Bənzər yazılar

Back to top button