İqtisadiyyat

Qalmaqallı ASC-nin rəhbərinə “stop” qoyuldu – Vergi borcunu niyə ödəmir

“Azərbaycan Məişət Malları” ASC-nin sədrinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva bununla bağlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, “Azərbaycan Məişət Malları” ASC-nin vergi borcu olub. ASC borcu ödmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. Hakim idarənin ərizəsini təmin edib.

2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərkən ASC-nin vergi borcu 3232,83 manat olub. Hazırda isə şirkətin vergi borcu 4732 AZN-dir. ASC ötən il 259 096, 64 AZN vergi borcu ilə gündəmə gəlib.

2019-cu ildə isə “Azərbaycan Məişət Malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntıları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri Anar Kərimov və Rəşad Əzizovu müəyyən edilərək saxlanılıb.

2016-cı ildə isə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə üzərində “Qaradağ AA UNİVERSAL” yazısı olan sement kisələrinin hazırlanması və satışı “Azərbaycan Məişət Malları” ASC-yə qadağan edilib.

2012-ci ildə ASC-də insan ölümü ilə nəticələnən partlayış verib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, ASC-nin ərazisində qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlu partlayış nəticəsində dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button