GündəmSiyasət

Azərbaycan müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycannın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, general-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Bənzər yazılar

Back to top button