İdman

Neymar ən böyük xəyalını açıqladı: “Bu sözlər mənə də aiddir”

Braziliyalı ulduz hücumçu Neymar dünya çempionu olmaq istədiyini açıqlayıb.

Fanat.az xəbər verir ki, “Globosporte”yə danışan 31 yaşlı futbolçu bunun ən böyük arzusu olduğunu dilə gətirib və özünü Ziko ilə müqayisə edib:

“Əlbəttə, ümid edirəm ki, bir gün ən böyük arzumu həyata keçirə və Dünya Kubokunu qazana biləcəyəm. Amma bəzən alınmır. Braziliyalıların ən yaxşı kumiri var, ölkə tarixinin ən önəmli futbolçularından biridir. Bu, Zikodur. Amma o, dünya çempionu olmayıb. Bu, onun keyfiyyətlərini və haqq etdiklərini kölgədə qoyur. Bu sözlər mənə də aiddir”.

Qeyd edək ki, Neymar bu yay PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Bənzər yazılar

Back to top button