Hadisə

Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirib, altısı xəsarət alıb

Sentyabrın 19-da saat 01:00 radələrində Xocavənd rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button