İdman

“Mourinyu xoşagəlməz idi, onu heç sevmirdim”

Sabiq yarımmüdafiəçi Aleksey Smertin “Çelsi”də rəhbərliyi altında çıxış etdiyi portuqaliyalı məşqçi Joze Mourinyu haqda danışıb.

Fanat.az xəbər verir ki, “Legalbet” onun dediklərini belə çatdırıb:

“Məşqçi olmaq üçün sərtlik lazımdır. Mehriban məşqçi məşqçi deyil. Mourinyu sərt, xoşagəlməz idi. Mən onu bir insan olaraq heç sevmirdim, amma məşqçi kimi ona dəlicəsinə hörmət edirdim”.

Qeyd edək ki, Smertin 2003-2006-cı illərdə “Çelsi”nin futbolçusu olub. “Zadəganlar” rus oyunçunu iki dəfə icarəyə verib. Aleksey icarə əsasında “Portsmut” və “Çarlton”un formasını geyinib. Yarımmüdafiəçi London komandasının heyətində bütün turnirlərdə 25 oyuna çıxaraq bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button