Gündəm

Azərbaycan əsgərləri Ağdərəyə nəzarət edirlər

Qarabağın şimalında Ağdərə şəhərinin (Mardakert) Azərbaycan ordusunun nəzarətinə keçməsilə bağlı qeyri-rəsmi mənbələrdən gələn məlumatlar bu gün azərbaycanlı əsgərlərin çəkdiyi və yaydığı videogörüntülərlə təsdiqlənir.

Xankəndidə (Stepanakert) vəziyyətə gəlincə, sosial şəbəkələrdə yayılan kadrlara görə, şəhər həyatın donduğu, həyat əhəmiyyətli xidmətlərin fəaliyyət göstərmədiyi, zibillərin təmizlənmədiyi boş yaşayış məntəqəsi təəssüratı yaradır.

Məlumata görə, adamların bəzisi zirzəmilərdə gizlənir. Digərləri Xocalı aeroportunun yaxınlığında rusiyalı sülhməramlıların bazasına toplaşıb. Minlərlə adam Ermənistana evakuasiya olunacağına ümid edir.

Kadrlarda görünür ki, ermənilər 2020-ci il müharibəsində həlak olmuş əsgərlərin fotosu olan stendi sökürlər. Görünür, bu, həm də şəhərin Azərbaycan ordusunun nəzarətinə keçməsilə bağlıdır. (Turan)

Bənzər yazılar

Back to top button