İdman

“Barselona” vunderkindlə bağlı atdığı addımı rəsmən açıqladı

“Barselona” 16 yaşlı vinger Lamin Yamalla bağlı atdığı addımı rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Fanat.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 15 yaş 290 günlüyündə debütünü reallaşdıran vunderkind müddəti 2026-cı ilə qədər olan müqaviləyə imza atıb.

İspaniya mətbuatında yayılan məlumatlara görə, Laminin sərbəstqalma məbləği də müqavilədə əksini tapıb – 1 milyard avro.

Qeyd edək ki, La Liqada 8 matça çıxan Lamin 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Bənzər yazılar

Back to top button