İdman

Pelleqrini İskonu təriflədi: “Mənə 3 dəqiqə vaxt kifayət etdi ki…”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini komandanın yarımmüdafiəçisi iskonun oyunundan danışıb.

Fanat.az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:

“Onu öz mövqeyində əvəzləyə biləcək futbolçumuz yoxdur. Hiss edirəm ki, İsko fiziki planda tam hazırdır. İstər yaradıcılıq, istərsə də dağıdıcılıq baxımından özünü yaxşı tərəfdən göstərir. İsko komandaya çox lazımdır.

İspaniya millisinə qayıda bilərmi? Yığma ilə bağlı məqamla xüsusi şəkildə maraqlanmıram. Bu işlə məşğul olan başqa mütəxəssis var. Mən İskonun “Betis”dəki çıxışından razıyam. Kimlərsə bu futbolçunun “tükəndiyini” düşünə bilərlər. Amma mənə telefon danışığı zamanı cəmi 3 dəqiqə vaxt kifayət etdi ki, İskonun 10 il öncə “Malaqa”dakı qədər hazır olduğunu anlayım”.

Qeyd edək ki, İsko 2022-ci ilin avqustunda azad agent statusu ilə “Real Madrid”dən “Sevilya”ya keçsə də, 5 aydan sonra Əndəlüs təmsilçisi müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi. Sözügedən oyunçu bu yay qoşulduğu “Betis” ilə 1 mövsümlük müqavilə bağlayıb.

Bənzər yazılar

Back to top button