Siyasət

İran və Rusiya “3+3” formatında işin fəallaşdırılmasını müzakirə edir

Cümə günü RF xarici işlər nazirinin müavini Mixail Qaluzin və İranın Moskvadakı səfiri Kazım Cəlali Cənubi Qafqaz üzrə “3+3” formatında müntəzəm iş zərurətini müzakirə ediblər. Bu barədə RF XİN-in məlumatında deyilir.

Xüsusən, tərəflər “3+3” regional məşvərət platformasının “ritmik işinin bərpa edilməsinin vacibliyini” müzakirə ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Bakı, Moskva, Tehran və Ankara bu formatın fəallaşdırılması zərurətindən danışıblar. Sonradan Yerevan da bu təşəbbüsü dəstəkləyib.

Tbilisi hələlik bu məsələyə münasibət bildirməyib.

Bəzi məlumatlara görə, bu formatda növbəti görüş Tehranda keçirilməlidir.

* “3+3” formatı (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) 2020-ci ilin dekabrında Türkiyə prezidenti Erdoğan tərəfindən Cənubi Qafqazdakı problemlərin müzakirəsi və həlli üçün təklif olunub.(Turan)

Bənzər yazılar

Back to top button