İdman

Səudiyyə Ərəbistanına ulduz axınının əsl səbəbi – “Əl-Nəsr” rəsmisi açıqladı

“Əl-Nəsr”ın icraçı direktoru Marselo Salazar Avropa klublarından Səudiyyə Ərəbistanı liqasına çoxlu sayda futbolçu transferinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, klub funksioneri TZ-nin jurnalisti Filip Kesslerə müsahibəsində belə deyib.

“Pulun çəkisi var – bu bir faktdır. Həyat səviyyəsini yaxşılaşdırmaq üçün hər kəs kimi, onların da buna ehtiyacı var. Hansısa futbolçu Səudiyyə Ərəbistanı çempionatında oynamaq istəyirsə, bunu niyə nəzərə almayaq?”

Salazar Avropadan ərəb klublarına transferlərin 2023-cü ildə də davam edəcəyini bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən Ərəbistan yarımadasına transfer axını geniş vüsət alıb. Xüsusilə, Kriştianu Ronaldu, Sadio Mane, Aymerik Laport, Seko Fofana, Aleks Telles, Kərim Benzema, Neymar, Nqolo Kante, Malkom, Cordan Henderson kimi futbolçuların adını qeyd edə bilərik.

Bənzər yazılar

Back to top button