DünyaSiyasət

Dövlət Departamenti: Rusiyada daha bir amerikalı jurnalistin həbsi açıq-aşkar təqibdir

Ötən gün Kazanda Rusiya hakimiyyəti il ərzində ikinci amerikalı jurnalisti saxlayıb. “Azadlıq” radiosunun Tatar-Başqırd xidmətinin redaktoru, jurnalist Alsu Kurmaşevaya qarşı xarici agent kimi qeydiyyatdan keçməmək ittihamı irəli sürülüb.

“Azadlıq” radiosu Moskvanın hərəkətlərini pisləyib. “O, öz ailəsinə qayıtmaq üçün dərhal azad edilməlidir”, – radio prezidentinin səlahiyyətlərini icra edən Jefri Gedmin bidirib.

Vaşinqton Milli Mətbuat Klubu bildirib ki, Kurmaşevanın ABŞ və Rusiya vətəndaşlığı var. O, ailə vəziyyətilə əlaqədar Rusiyaya gedib və ölkədən çıxarkən saxlanılıb.

“Jurnalistika cinayət deyil. Alsu Kurmaşeva görkəmli jurnalist və öz cameəsinin sevimli üzvüdür. Onun saxlanılması tamamilə ədalətsizdir və dərhal sərbəst buraxılmalıdır”, – ABŞ Qlobal Media Agentliyinin baş direktoru Amanda Bennet deyib.

Hələlik Moskva Kurmaşevanın həbsilə bağlı Vaşinqtona rəsmi məlumat verməyib, cümə axşamı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller bildirib.

Turan-ın “Niyə Dövlət Departamenti Kurmaşevanın həbsindən sonra bəyanat verməyib?” sualının cavabında Miller deyib ki, hələlik ABŞ-a bu barədə rəsmi məlumat verilməyib, lakin məsələ diqqət mərkəzindədir.

“Heç bir amerikalı vətəndaş heç bir səbəbdən Rusiyaya getməməlidir. Bu, olduqca risklidir. Amerika vətəndaşlarının səbəbsiz yerə saxlanıldığını və həbs edildiyini görürük”, – o deyib.

Bənzər yazılar

Back to top button