İdman

Noyerin meydana dönəcəyi gün bilindi – AÇIQLAMA

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuxel əfsanəvi alman qapıçısı Manuel Noyerin ağır zədədən sonra heyətə qayıtdığını təsdiqləyib.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano alman mütəxəssisin dediklərini belə çatdırıb:

“Manuel Noyer sabah “Darmştadt”la oyuna start heyətdə çıxacaq. Onun kimi, biz də bunu səbirsizliklə gözləyirik”.

“Bayern”in 37 yaşlı kapitanı 1 ilə yaxındır futbol oynamır. Onun son rəsmi oyunu 2022-ci il dekabrın 1-də Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində olub. Ondan sonra Manuel dağda xizək sürərkən ayağını sındırıb.

Manuelin yoxluğunda Münhen nəhənginin qapısını Sven Ulreyx qorudu. Bu mövsüm 35 yaşlı qolkiper keçirdiyi 12 matçda 15 qol buraxıb.

Bənzər yazılar

Back to top button