Dünya

“Ermənistan rəhbərliyi müttəfiqlik münasibətlərimizi məqsədli şəkildə pozur” – Zaxarova

“Moskva İrəvanın Maltada Ukrayna ilə bağlı Kopenhagen formatında konfransda iştirakını Ermənistanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Əgər siz Maltada keçirilən Kopenhagen formatında görüşdən danışırsınızsa, o zaman biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk”, – deyə diplomat müvafiq sualı cavablandırarkən deyib.

Kiyev Ukrayna Prezidenti Vladimir Zelenskinin təklif etdiyi və Moskvanın mövqeyini nəzərə almayan nizamlanma planını fəal şəkildə təbliğ etməyə çalışır. Rusiyanın dəvət almadığı müvafiq beynəlxalq məsləhətləşmələr iyunun 24-də Kopenhagendə (Danimarka), avqustun 5-6-da isə Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutub. Ukraynada münaqişənin aradan qaldırılması yollarına həsr olunmuş milli təhlükəsizlik müşavirələri səviyyəsində sonuncu görüş oktyabrın 28-29-da Maltada keçirilib.

Zaxarovanın sözlərinə görə, İrəvanda bilməlidirlər ki, söhbət Rusiyaya aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə əməkdaşlıqdan gedir:

“Və təəssüf ki, respublikanın hazırkı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi təkidlə və məqsədli şəkildə pozur”.

Bənzər yazılar

Back to top button