İdman

“Pis durumdayıq” – Erik ten Haq istefa verəcək?

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandası İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırandan sonra klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, niderlandlı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Mən döyüşçüyəm. Hazırda pis durumdayıq. Məsuliyyəti üzərimə götürürəm, amma buna bir çağırış kimi baxıram. Oyunçularımla bir yumruq olmalı, onlarla birlikdə mübairzə aparmalıyam. Əminəm ki, bunu edə biləcəm”.

Qeyd edək ki, ötən ildən MY-nin baş məşqçisidir. Onun Mançester təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutublar.

Bənzər yazılar

Back to top button