Dünya

Nazirdən şok açıqlama: Yunanıstanda yanğın qəsdən törədilib?

Yunanıstanın ictimai təhlükəsizlik və vətəndaşların qorunması naziri Nikos Kostas paytaxt Afina yaxınlığında başlayan və faciə ilə nəticələnən yanğınların qəsdən törədilmiş ola biləcəyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu fikir haqda ciddi şübhələr olduğunu və məsələ ilə bağlı cinayət işi açıldığını bildirib.

Qeyd edək ki, bazar ertəsi başlayan yanğınlar bəzi turist bölgələrinə də xeyli zərər vurub və hadisə nəticəsində azı 83 nəfər həyatını itirib. 60-a yaxın yaralı xəstəxanalarda müalicə alır, onlarla insan isə itgin düşüb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button