Siyasət

Macarıstanın xarici işlər naziri Mərkəzi Asiya iqtisadiyyatları üzrə xüsusi proqramın iclasında iştirak etmək üçün Bakıya gəlib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya iqtisadiyyatları üzrə xüsusi proqramının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bu gün Bakıda həmin qurumun Direktorlar Şurasının iclasında çıxış edən Siyarto Avropa İttifaqı və Çin arasında tranzit marşrutlarının gücləndirilməsinə diqqəti yönəldib. O bildirib ki, Avropanın gələcəyi bu əlaqələrin möhkəmlənməsindən asılıdır.

“Macarıstan Mərkəzi Asiyanın Şərqlə Qərb arasında körpüyə çevrilməsi səylərini dəstəkləyir”, – o deyib.

Mərkəzi Asiya iqtisadiyyatları üzrə xüsusi proqram 26 mart 1998-ci ildə təsis edilib. Hazırda onun iştirakçıları Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Bənzər yazılar

Back to top button