İdman

Müller buna razılaşmayacaq – İngiltərə nəhəngi pusqudadır

“Bayern Münhen”in yarımmüdafiəçisi Tomas Müller klubu ilə yeni müqavilə imzalayacağı halda, maaşının azaldılmasına razı olmayacaq.

Fanat.az xəbər verir ki, məlumatı “Bild”in əməkdaşı Tobi Altşaffl yayıb.

Xəbərə görə, “Bayer”in məşqçilər korpusu 34 yaşlı Müllerin mövqeyində Camal Musialaya güvənməkdə qərarlıdır. Mənbə Mülleri heyətinə qatmaq istəyən “Mançester Yunayted”in vəziyyəti nəzarətdə saxladığını vurğulayıb. Tomasla klubu danışıqlar zamanı razılığa gələ bilməyəcəkləri halda, MY-nin onu rənglərinə bağlamaq üçün bütün variantlardan istifadə edəcəyi bildirlib.

Qeyd edək ki, Müller “Bayer”in yetirməsidir. O, karyerası ərzində bu klubun forması ilə 680 matça çıxaraq 237 qol və 261 məhsuldar ötürmə müəllifi olub.

Bənzər yazılar

Back to top button