İdman

Skaloni millidən gedir? – “Argentinaya yaxşı məşqçi lazımdır”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni millidəki gələcək taleyi ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, Skaloninin dediklərini “TyC Sports” belə çatdırıb.

“Argentina millisinin çox yaxşı oyunçuları var. İndi onların güclü komandasına yaxşı məşqçi lazımdır. Bunu əvvəl də demişəm, indi də təkrar edirəm: onların səviyyəsinə uyğun məşqçi lazımdır. Millidə qalacağammı? Messi ilə bu barədə danışmışam. Bu barədə ətraflı düşünməliyəm”.

Skaloni “Albiseleste”yə 5 il rəhbərlik edib və fevralda Argentina Futbol Assosiasiyası ilə müqaviləsininin müddətini 2026-cı ilə qədər uzadıb. Argentinalılar 2022-ci ildə 45 yaşlı mütəxəssisin rəhbərliyi altında Qətərdə dünya çempionu olublar.

Bənzər yazılar

Back to top button