GündəmHadisəManşet

Rüşvət və korrupsiyanın arxasında kimlər durur… – Partiya sədri Baş prokurora müraciət etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Baş prokuroruna araşdırma aparması üçün müraciət ünvanlayıb. Müraciətdə kənd təsərrüfatı sahəsinin çox böyük rüşvət və korrupsiyanın içərisində olduğu bildirilir.

Partiya sədrinin sözlərinə görə, Gəncədə istehsal olunan Belarus traktorları iş adamlarına 82 500 manata, yəni 49 min dollara verilir. Həmin traktorun bazar qiyməti isə 29 min dollardır. Həmçinin o qeyd edib ki, bazarda bir kisəsi 18-20 manata olan gübrəni, 50 manatdan sənədləşdirirlər.

İqtisadçı Asif İbrahimov hesab edir ki, bu sahələrin inkişafına mane olan ünsürlər var və onlar aradan qaldırılmalıdır.

“Azərbaycanda bu məsələləri təhlil edəndə hamımız deyirik ki, islahatlar aparaq. Faktiki olaraq özümüz də görürük ki, islahatlar aparılır. Bu ünsürlər birinci növbədə hökumətdə təşkilati struktularda, bir-birini təkrarlayan vəzifələrdə həddindən artıq çoxdur.

Mən hər dəfə bu məsələyə toxnuram. Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55-60 faizi dövlət qurumlarında və yaxud dövlətdən maliyyələşən təşkilatlarda çalışır. Azərbaycanda çox sayda bir-birini təkrarlayan qurumlar mövcuddur. Bunların hər birinin saxlamasına xərclər çəkilir. Digər tərəfdən isə həmin qurumlar rüsşvət mənbələridir. İlkin olaraq, struktur islahatlar aparılmalıdır. Nə qədər yeniliyə doğru getsək də, islahatlar aparsaq da, bir mənalı olaraq bu məsələni kökündən həll etməsək heç bir müsbət yöndə dəyişiklik olmayacaq.

Digər tərəfdən isə Azərbaycanda inhisar, monopoliya deyilən bir şey yoxdur. Azərbaycanda sadəcə dempinq var”, -deyə iqtisadçı bildirib.

bizimyol.info

Bənzər yazılar

Back to top button