Dünya

Rusiya koronavirusa yoluxanların sayına görə 3-cü yerə çıxdı

Moskvada yoluxanların sayı 115 mindən çoxdur

Rusiya Koronavirus İnfeksiya Nəzarət və Qarşısının Alınması Mərkəzində edilən açıqlamaya görə, son 24 saat ərzində 11 min 656 nəfərdə yeni növ koronavirusun aşkarlanması ilə yoluxma sayı 221 min 344-ə çatıb.

AzToday.az Rusiya mediasına istinadən xəbər verir ki, son bir həftədə gündəlik yoluxma üzrə artımın 10 mindən aşağı düşmədiyi ölkədə ölənlərin sayı 94-dən 2009-a, sağalanların sayı isə 5 min 495 artaraq 39 min 801-ə yüksəlib.

Beləliklə, Rusiya yoluxma sayına görə ABŞ və İspaniyadan sonra üçüncü yerə çıxıb.

Rusiyada, halların sayının gündəlik artım tempi 5,6 faiz olub. Epidemiyanın ən çox hiss olunduğu paytaxt şəhərində yoluxanların sayı 6 min 169 artaraq 115 min 909, ölənlərin sayı 56 nəfər artaraq 1124 olub. Açıqlamada təxminən 247 min adamın nəzarət altında olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, mart ayından bəri Rusiya ordusunda 3300-dən çox hərbçidə “Covid-19”a yoluxma müəyyən edilib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button