Dünya

Bayden administrasiyası: Trampın NATO haqda şərhləri “təhlükəlidir”

Bazar ertəsi Bayden administrasiyası ABŞ-ın müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməyən NATO müttəfiqlərinin müdafiəsindən imtina edə biləcəyilə bağlı Donald Trampın təklifini pisləyib.

“Həftə sonu prezident Bayden bu barədə danışdı və açıq şəkildə bildirdi ki, bizim müttəfiqlərimizə və tərəfdaşlarımıza qarşı addımlara Rusiyanın istənilən təşviqi təhlükəlidir”,- brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyü Miller Turan-ın sualına cavab verərkən

“NATO ilə ittifaq Amerika xalqının təhlükəsizliyini təmin edir. Bu, sadəcə fayda deyil, bu, sadəcə, ABŞ-ın vəsait qoyduğu Alyans deyil, biz bu Alyansdan çox şey alırıq”, – o davam edib.

NATO üzvləri müdafiə xərclərini ÜDM-in ən azı 2 faizi səviyyəsində müəyyən ediblər, baxmayaraq ki, 31 üzv ölkədən yalnız 11-nin bu qədər pul xərclədiyi bildirilir.

Əgər Tramp Ağ Evə qayıdarsa, Rusiyanın Alyansa kifayət qədər vəsait qoymayan NATO üzvlərilə “istədiyini etməsinə” icazə verəcək. Demokratlar və bəzi respublikaçılar Tramp-ın bəyanatını qınamağa tələsiblər.(Turan)

Bənzər yazılar

Back to top button