İdman

“Liverpul” yeni baş məşqçi ilə danışıqlara başlayır – Bu, Xabi Alonso deyil

“Liverpul”un baş məşqçisi Yürgen Kloppun varisi böyük ölçüdə müəyyənləşib.

Fanat.az xəbər verir ki, “Brayton”un baş məşqçisi Roberto de Zerbi mersisaydlıların yeni çalışdırıcısı ola bilər.

Bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb. Mənbənin məlumatına görə, ingilis nəhənginin bossları tezliklə italyan məşqçi ilə danışıqlar aparmağı planlaşdırır.

Eyni zamanda, “qırmızılar”ın sükanı arxasına namizədlərdən digəri hazırda “Bayer Leverkuzen”də çalışan ispaniyalı Xabi Alonsodur.

Almaniyalı mütəxəssis Yürgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcək. O, yanvarın sonunda 2023/2024 mövsüm bitdikdən sonra postundan ayrılacağını özü açıqlayıb. Yürgen səkkiz ildir ki, bu vəzifədə çalışır.

Bənzər yazılar

Back to top button