İdman

Qvardiola Alonsonun işinə heyrətlənir

“Mançester Siti”nin baş məşqşisi Xosep Qvardiola “Bayer”in çaışdırıcısı Xabi Alonsonun aıdının “Liverpul”la hallanmasına münasibət bildirib.

Qol.az “Mirror”a istinadən xəbər verir ki, o, Alonsonun “Bayer”də gördüyü işlər haqda danışmağı daha məqsədəuyğun bilib:

“Bu, “Liverpul” tərəfinə veriləcək bir sualdır və əlbəttə ki, mən cavab verməyəcəyəm. Çünki onların fikirlərini bilmirəm. Ancaq məndən onun gördüyü iş barədə soruşsanız, düzünü desəm, heyrət! “Bayer” bütün yarışlarda uzun müddətdir məğlub olmayan və “Bavariya” ilə belə bir şəkildə mübarizə aparan yeganə komandadır”.

Qvardiola “Bayer”in oyun tərzinin möhtəşəm olduğunu deyib: “Nəinki Avropa Liqasında, bu mövsüm Almaniya Bundesliqası və kubokunda bir oyunda da uduzmayıblar və oyun tərzləri möhtəşəmdir. Onun kimi bir futbolçuya sahib olduğum üçün çox şanslı idim. O, çox ağıllı oyunçu idi, çox…”.

Qeyd edək ki, Xabi Alonso 2014-2017-ci illərdə Qvardiolanın çalışdırdığı “Bavariya”da çıxış edib.

Xatırladaq ki, “Bayer” UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibidir.

Bənzər yazılar

Back to top button