ManşetSiyasət

ABŞ Bakı və Yerevanı danışıqlar masasına qayıtmağa çağırır

ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca eskalasiya və ya hərbi əməliyyatlar ritorikasından çəkinməyə çağırır, bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi 5 aprel Brüssel görüşündən sonra sərhəddə baş verən son toqquşmalar barədə sualın cavabında deyib.

«Birləşmiş Ştatlar hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir. Davamlı sülhə nail olmağın yeganə yolu danışıqlar masasında oturmaqdır”, – nümayəndə deyib.

Ermənistan və Azərbaycan istirahət günləri, Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan nümayəndələrinin görüşündən bir neçə saat sonra sərhəddə atəş açmaqla ittiham mübadiləsi aparıblar.

Bazar ertəsi brifinq zamanı Turan-ın müxbirinin “Vaşinqton iki tərəf arasında sülh danışıqları aparmağı planlaşdırırmı?” sualının cavabında Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib: “Biz çox aydın şəkildə bildirdik ki, bu münaqişənin həlli yolu son nəticədə danışıqlar masasıdır. Qarşıdakı görüşlər barədə danışa bilmərəm, amma biz həmişə işarə etmişik ki, dialoqu alqışlayırıq”.

“Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərilə söhbət zamanı iki tərəfin arasında dialoqun lazım olduğunu açıq şəkildə bildirib. Biz bu dialoqu asanlaşdırmaq üçün istənilən rolu oynamaqdan məmnunuq”, – Miller qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button