İdman

“Real”ın futbolçusu Messinin komandasına keçə bilər

“Real Madrid”in müdafiəçisi Naço Fernandes karyerasını ABŞ-də davam etdirə bilər.

Fanat.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun xidmətində “İnter Mayami” maraqlıdır.

Xəbərə görə, “Kral klubu” ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq arxa xətt oyunçusu azad agent qismində MLS təmsilçisinə qoşulmağa yaxındır.

Fernandes 2012-ci ildən “Real”ın formasının geyinir. O, cari mövsüm La Liqada 23 oyun keçirib.

Qeyd edək ki, “İnter Mayami”də Lionel Messi, Luis Suares, Jordi Alba kimi sabiq “Barselona”lılar çıxış edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button