Bizim seçimHadisəSiyasət

Tovuzda İB-nin birinci müavini Rəşad Zeynalovun blogger Mehman Hüseynovla nə əlaqəsi?

Dünən yaydığımız bir informasiyadan sonra redaksiya sanki top atəşinə tutuldu. Ard-arda gələn mesajlardan, məktublardan və hətta hədələrdən ən orijinalını təqdim edirik:

– Elə düz edib sizi bağlayırlar. Nə düşmüsünüz Rəşad Zeynalovun üstünə? Adam blogger Mehman Hüseynovun qohumudu, üç gün də evində qonaq edib onu Səlim Müslümovun villalarını çəkəndə. Bilmirsiniz neyləyəsiniz?

Vallah, biz neylədiyimizi bilirik! Bildiyimizin birincisi odu ki, Səlim Müslümovun hər zaman “fərasətinə, bacarığına” önəm verdiyi kadr dünən əmrini alıb qayıdıb Tovuza, təqdimatı olub. İkincisi də ki, Mehman Hüseynovla qohum olduğunu bilmirdik, bizə maraqlı deyildi. Maraqlı olsun Prezidentin ərazi idarəetmə xidməti və müvafiq məsullar üçün. O ki qaldı Mehman Hüseynovla qohum olmağına, bu, onu gələcəkdə törətdiyi işləklərin cəzasından məhrum etmir, çünki Azərbaycanda belə bir korrupsioner sistem bir daha heç vaxt olmayacaq!
Mehman Hüseynovla qohumu Rəşad Zeynalov nə ilişkilər qurublar, bu barədə Tovuz DTX-nın da, Tovuz Prokurorluğunun da, Tovuz Pİ-nin də xəbəri var. O ki qaldı birinci müavinliyə gətirilməyinə, biz Tovuzun icra başçısının kadr siyasətinə nə deyəsiyik ki, bir halda ki, birinci müavini Prezident Aparatı təsdiqləyir!

Rəşad Zeynalov DSMF-də sahibləndiklərini dövlət büdcəsinə qaytarmaqdansa, “dövlət adamları”na ötürə bildiyi üçün yaxın gələcəkdə hansısa rayona icra başçısı da təyin oluna bilər!

Bu hakimiyyət kimlə hesablaşır ki, nədən çəkinir ki? Əlli fakt üzə çıxıb, kim cəza alıb ki?
Biz sadəcə yazırıq ki, adamlar bilsin. Bisin ki, Tovuz əldən gedib!

Qənirə Paşayeva körpüdən adam düşürməkdənsə, Qara dənizə tamaşa edib Türk bayrağına himn oxumaqdansa, arada deputat seçildiyi Tovuza da baş çəksə, Tovuzu “ölüm körpüsü”ndən düşürsə, yaxşı olar!

Bunu da deməyək, yazmayaq, əziz korrupsiya və rüşvət təəssübkeşləri? Sağ ol deyək sizə? Ki… bu ölkənin anasını, üzr istəyiik, büdcəsini, qanunlarını daha da yaxşı sevəsiniz?

Məlumatlarımızı xalqa mütəmadi çatdırmaqda israrlıyıq!

Bənzər yazılar

Back to top button