İqtisadiyyat

Azərbaycan elektrik enerjisini hansı ölkələrə və neçəyə satıb? – Tam siyahı

Xəbər verdiyimiz kimi, bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 718 milyon 122,16 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan elektrik enerjisinin 69%-i yanvar, 16,3%-i fevral, 14,7%-i isə mart ayının payına düşüb.

Qeyd edək ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb. Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

Türkiyə – 11 qəpik
İran – 4,8 qəpik
Gürcüstan – 8,6 qəpik
Rusiya – 6,2 qəpik

Bənzər yazılar

Back to top button