İdman

İtaliya çempionunun transfer həmləsi – Siyahıda 5 futbolçu var

İtaliya “İnter”i yayda ən azı 5 yeni futbolçu almağı planlaşdırır.

Fanat.az xəbər verir ki, informasiyanı “Tuttosport” yayıb.

Xəbərə görə, maliyyə problemlərinə baxmayaraq, rəhbərliyin komandanı gücləndirmək üçün vəsait tapacağı gözlənilir.

“Neradzurri”nin yay transfer hədəfləri arasında “Atletiko Paranaense”nin qapıçısı Bento, “Torino”nun müdafiəçisi Alessandro Buonqiorno və “Cenoa”nın hücumçusu Albert Qudmundsson var.

Bundan başqa, “qara-göylər” “Napoli”nin yarımmüdafiəçisi Piotr Zielinski və “Portu”nun hücumçusu Mehdi Taremini transfer etməyə yaxındır. İtalyanlar hər iki futbolçunu pulsuz əldə edəcəklər.

Bənzər yazılar

Back to top button