İdman

“Sözümü yadında saxla, o, “Siti”nin baş məşqçisi olacaq” – Qvardiola xələfinin adını dedi

Pep Qvardiola hələ “Mançester Siti” ilə vidalaşmağa hazırlaşmasa da, o, artıq öz xələfini göstərib.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanoya danışan məşqçi ingilis nəhənginin ehtiyat oyunçular skamyasında kimin olacağını açıqlayıb.

“Bir gün Vinsent Kompani “Mançester Siti”nin baş məşqçisi olacaq, sözlərimi yadında saxla. Bəli, bu mütləq baş verəcək. Onda sən mənə zəng edərsən”.

Hazırda belçikalı mütəxəssis “Bayern Münhen” ilə razılaşmanın bir addımlığındadır. Kompani “Börnli”dən başqa, “Anderlext”ə də başçılıq edib. Onun ən böyük uğuru 2022/23 mövsümündə İngiltərə Premyer Liqasına yüksəlməsidir.
Qvardiolanın isə “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2025-ci ilə qədərdir. Hələlik işbirliyi uzadılmayıb, lakin “Mançester Siti” onunla anlaşmanı daha bir neçə il müddətinə uzatmağı düşünür.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button