Siyasət

Tanınmış strategiya müttəxəssisi:”Azərbaycanın öz milli mənafeyini müdafiə etməsindən təbii heç nə ola bilməz”

Turan İnformasiya Agentliyinə müsahibəsində Ankaradakı Başkent Universiteti Strateji Araşdırmalar Mərkəzi Başqanı Ercan Çitlioğlu Türkiyənin Fələstin-İsrail münaqişəsində iştirakı, Azərbaycan-Türkiyə münasibətlərinin dinamikası və daha geniş geosiyasi hadisələr barədə fikirlərini bölüşüb.

* * *

– 7 oktyabrda başlayan yeni Fələstin-İsrail münaqişənə Türkiyə nə dərəcədə müdaxilə edə bildi? Azərbaycanın İsrail ilə yaxın münasibətləri Türkiyə ictimaiyyəti arasında bəzən müsbət qarşılanmasa da dövlət arasındakı münasibətlərə pərdə arxasında mənfi təsir göstərə bilərmi?

– İşin əvvəlindən Türkiyə beynəlxalq arenada İsrailə ən kəskin reaksiya göstərən ölkə kimi ön plana çıxdı. İstər BMT və Avropa Birliyindəki görüş və təşəbbüslər, istərsə də İsrailə qarşı tətbiq edilən sanksiyaların çərçivəsinin getdikcə genişləndirilməsinə əlavə olaraq BMT-nin Beynəlxalq Cəza Məhkəməsindəki prosesə şikayət ərizəsi verilməsi Türkiyənin öz mövqeyini planlı şəkildə həyata keçirdiyini göstərdi. Eyni zamanda, Qərbin həyata keçirdiyi ikili standartlara da Türkiyənin reaksiyası kəskindir. Dövlətlər bir-birlərinə nə qədər yaxın müttəfiq və hətta strateji müttəfiq olsalar belə,xarici siyasətlərinin şablon kimi üst-üstə düşməsini gözləməmək lazımdır. İctamaiyyətlər hissiyyatla reaksiya verə bilər ancaq dövlətlər soyuq məntiqlə hərəkət etməlidir. Ona görə qardaş Azərbaycanın müstəqil bir ölkə kimi öz milli mənafeyini müdafiə etməkdən təbii heç nə ola bilməz.

-ABŞ Konqresinin Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiq etməsindən sonra Rusiyanın hücumlarının çoxaldığını görürük.Bunu necə şərh edərdiniz?

– Rusiya uzun müddətdən bəri yay hücumuna hazırlaşırdı. Ukrayna ordusunda əsgərlərin sayının azalması və hərbi sursat əskikliyi ABŞ və Qərb tərəfindən aradan qaldırılmadan Rusiyanın müəyyən nəticə əldə etməyə çalışması strateji hədəf kimi qiymətləndirilə bilər və düzdür.

– Ermənistanın sürətlə Rusiyadan uzaqlaşaraq Qərbə və NATO-ya inteqrasiya olmaq cəhdləri nəticə verərmi?

– Ermənistan sərhədlərinin hələ də o ölkədə yerləşən Rusiya ordusu tərəfindən mühafizə edildiyi düşünüləndə Qərb çox arzu etsə belə,xüsusilə, NATO-ya üzvlük məsələsində inteqrasiyanın ola biləcəyi mümkün deyil. Qafqazdakı bütün tarazlıqlara çox dərindən təsir göstərəcək belə bir cəhdin indiki mərhələdə reallaşması üçün şərtlər də uyğun deyil.

– Qırx dörd günlük müharibədən sonra Azərbaycan ilə Ermənistan hələ də sülh müqaviləsi imzalamazkən Qazaxıstanın təşəbbüssüylə iki ölkənin xarici işlər nazirləri görüşdü. Bu proseslə bağlı fikirlərinizi öyrənə bilərikmi? Sülh sazişi imzalanmamasının səbəbi nədir?

– Sülh sazişinin imzalana bilməsi üçün Ermənistanın,Dağlıq Qarabağla əlaqədar məqsəd və hədəflərindən bütünlüklə vaz keçdiyini açıqlaması və ölkə ictimaiyyətinin bunu həmişəlik qəbul etməsi lazımdır. Məğlubiyyətin psixoloji təsirləri davam edərkən Ermənistan üçün bunun çox da asan olmadığını qəbul etmək lazımdır. Bundan başqa Ermənistanı Azərbaycana qarşı qaldırmaq niyyətində olan bəzi ölkələrin də o fəaliyyətlərə son qoyması və uzun müddətli sülhə nail olmaq üçün çalışmaları lazımdır.

– NATO soyuq müharibədən sonra Türkiyədən şimala tərəf başlayan genişləmək xəttini İsveç və Finlandiyanın İttifaqa üzv olmasıyla tamamlayarkən bu vəziyyət Rusiyanın istər Baltik dənizi istərsə də Arktika qütbündəki mövqeyinə necə təsir göstərəcək?

– İsveç və Finlandiyanın NATO üzvü kimi Rusyanın sərhədlərində olmasının doğurduğu narahatlıq gələcəkdə yeni böhranların mənbəyi olmağa namizəddir. Arktika qütbünün istər gəmi nəqliyyat yolları istərsə də təbii mənbələr baxımından strateji əhəmiyyətinin artdığı dönəmdə Arktika qütbü bölgəsində Rusiyanın daha əvvəl başlayan hərbi varlığı və oraya yerləşməsi oralara hakim olması baxımından bir addım irəli çıxarıb. Rusiya əldə etdiyi bu üstünlüyü əldən vermək istəməyəcək və mövqeyini daha da gücləndirərək bölgədə NATO-nun güclənməsinə müqavimət göstərəcək.Mən bu cür düşünürəm.

Bənzər yazılar

Back to top button