Dünya

NATO rəhbəri Ukraynaya dəstək üçün Vaşinqtona gəlib

Bazar ertəsi ABŞ prezidenti Co Bayden və NATO rəhbəri Yens Stoltenberq uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi müzakirə etmək üçün görüşüblər, Turan-ın Vaşinqton müxbiri bildirib .

“Mən təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsində NATO-nun aparıcı rol oynayacağını gözləyirəm”, – baş katib görüşün yekunları ilə bağlı Turan-ın Vaşinqton müxbirinin sualına cavabında deyib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya dəstək üzrə yeni qərargahı Visbadendə (Almaniya) yerləşəcək. Ukrayna üçün logistik dəstək oradan təmin olunacaq.

Görüş zamanı Stoltenberq Baydenə bildirib ki, NATO üzrə rekord sayda müttəfiq (32-dən 23-ü) bu il müdafiə xərclərini artırıb. Bu 2021-ci ildə olduğundan təxminən dörd dəfə çoxdur, o zaman yalnız altı ölkə zəruri miqdarda vəsaiti müdafiə üçün xərcləmişdi.

Bənzər yazılar

Back to top button