GündəmSiyasət

Blinken Əliyevlə danışdı: “ABŞ tərəflər üçün faydalı olan istənilən əməkdaşlığı dəstəkləməyə sadiq qaldığını bir daha təsdiqləyib”

TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, cümə günü ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə zəng edib və Ermənistan və Azərbaycanın sülh sazişinin bağlanmasında əldə etdiyi irəliləyişləri alqışlayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin zəngi ilə bağlı bildirib ki, Dövlət katibi “gecikmədən” şülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb və “Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən əməkdaşlığı dəstəkləməyə sadiq qaldığını bir daha təsdiqləyib”.

ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayan Blinken “iqlim və enerji məsələrə dair Azərbaycanla konstruktiv əməkdaşlığı qeyd edib və əlavə edib ki, Birləşmiş Ştatlar COP29-un uğurunu təmin etməyə hazırdır”, – Miller deyib.

Dövlət katibi həmçinin ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin yenilənməsinə və möhkəmləndirilməsinə çağırıb.

“O, bir daha Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb. Dövlət katibi Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”, – Miller deyib.

Bənzər yazılar

Back to top button