Dünya

Bayden Zelenskini “Putin” adlandırdı, Ukrayna lideri reaksiya verdi (VİDEO)

ABŞ prezidenti Co Bayden NATO sammitində çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putini səhv salıb.

Qaynarinfo xəbər verir ki, bu, Baydenin sammitin yekunlarına dair yekun mətbuat konfransı və “Ukraine Compact” təşəbbüsünün təqdimatı fonunda baş verib.

Bayden Rusiya lideri Vladimir Putini nəzərdə tutaraq Zelenskini “Prezident Putin” kimi təqdim edib.

“İndi sözü əzmi qədər cəsarəti olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, – deyə Bayden bildirib.

O, səhvini tez anlayıb və yanlışını düzəltməyə çalışıb: “Prezident Putin? O (Zelenski – red.) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.

Ukrayna prezidenti mikrofona yaxınlaşarkən “Mən [Putindən] daha yaxşıyam” deyib. “Siz həqiqətən daha yaxşısız!” — Bayden Zelenskinin əlini sıxaraq bu zarafatı dəstəkləyib.

Daha sonra jurnalistlərdən biri Ağ Ev rəhbərinə xatırladıb ki, o, Zelenski ilə Putini səhv salıb. Və əlavə edib ki, Almaniya kansleri, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri onun əvəzinə üzr istəyiblər.

Cavabında Co Bayden bir çox dövlət liderlərinin reaksiyasına əsaslanaraq, Vaşinqton sammitini “ən uğurlu” hesab etdiyini söyləyib.

“Bu sammit zamanı başqa liderlərin mənə təşəkkür etdiyini neçə dəfə eşitmisiniz? Çoxları mənə təşəkkür etdi və dedi ki, biz buna Baydenin sayəsində, ABŞ rəhbərliyinin sayəsində nail olduq. Hesab edirəm ki, bu, çox uzun müddət ərzində ən uğurlu sammit idi. İndi mənə fərqli düşünən dünya lideri göstərin”, – ABŞ prezidenti bildirib.

Bənzər yazılar

Back to top button