İdman

“İngiltərə tarixi uğurun kandarındadır” – Qari Lineker

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker ölkəsinin milli komandasının iştirakı ilə keçiriləcək matçdan – futbol üzrə Avropa çempionatının finalından danışıb.

Fanat.az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:

“Bu, İngiltərə futbolu üçün çox vacib andır. Onlar əvvəlki Avropa çempionatının finalında oynayıblar və “Uembli”də keçirilən matçda İtaliyaya məğlub olaraq böyük məyusluq yaşayıblar. Hə, bu dəfə də çətin olacaq, amma İngiltərə seçməsi tarixi uğurun kandarındadır. İndiyədək heç bir İngiltərə millisi ölkədən kənarda keçirilən böyük turnirin qalibi olmayıb.

Yığma o qədər də baxımlı oynamasa da, nəticə qazanıb. Futbolda belə bir deyim var: sən çox yaxşı oynamayanda qalib gəlirsənsə, deməli işlər o qədər də pis getmir”.

Qeyd edək ki, İspaniya – İngiltərə qarşılaşması iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

Bənzər yazılar

Back to top button