Hadisə

“Çinar Park” Biznes Mərkəzində yanğın: ətrafı tüstü bürüdü (VİDEO)

Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “Çinar Park” biznes mərkəzində yanğın olub.

Qaynarinfo xəbər verir ki, yanğın mərkəzin inşası tamamlanmayan binasının yanında yerləşən zibillik ərazidə baş verib. Mərkəzin işçilərinin müdaxiləsi ilə yanğının şiddətlənməsinin qarşısı alınıb.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Qısa zamanda yanğın söndürülüb.

https://youtu.be/zlqHTqJsysQ

Bənzər yazılar

Back to top button